ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru yeni seçilmiş prezident Donald Trampa İran və Rusiya ilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com xəbər verir ki, İranla nüvə razılaşmasını pozacağını deyən Trampa səslənən CİA direktoru Con Brennan BBC-yə müsahibəsində bunun fəlakətə yol aça biləcəyini deyib. Brennan Trampın komandasına İranla nüvə sazişinə toxunmamağı məsləhət görüb: "Məncə, bu fəlakətə gətirib çıxara bilər... Hər şey bir tərəfə, bir administrasiyanın özündən əvvəlki administrasiyanın imzaladığı anlaşmanı cırıb atması görünməmiş bir şeydir. Belə bir addım, İrandakı mühafizəkarların güclənməsi və başqa ölkələrin, İranın yenidən başlayacaq nüvə fəaliyyətlərinə qarşı öz nüvə proqramlarını inkişaf etdirməsi risqlərini gücləndirə bilər".
Brennan, həmçinin Trampa Rusiyanın vədlərinə qarşı ehtiyatlı olmağı məsləhət görüb. CIA direktoruna görə, Suriyanın gələcəyində açar rolu oynayan Rusiya “şübhəli və səmimiyyətsiz” taktika ilə hərəkət edir. O qeyd edir ki, Moskva istədiklərini əldə etməyənə qədər geri çəkilməyəcək.
Seçki kampaniyası zamanı Tramp, İranla nüvə sazişini pozacağını, Rusiya ilə isə daha yaxından əməkdaşlıq edcəyini demişdi.
Onu da qeyd edək ki, Brennan dörd il CİA-ya başçılıq etdikdən sonra, yanvar ayında vəzifəsindən ayrılacaq.
TAHİR