Almaniya kansleri Angela Merkel Avropa Birliyi (AB) ilə Türkiyə arasındakı tam üzvlüklə bağlı danışıqlarda yeni fəsillərin açılmasına qarşı çıxıb. Baki-xeber.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Merkelin rəhbərlik etdiyi Xristian-Demokratik Birlik Partiyasının toplantısında çıxışı zamanı seçki bölgələrində Türkiyə ilə əlaqədar açıqlamalarda bunun xüsusi vurğulanmasını tövsiyə edib.
Qəzet, bunu müzakirələrin, faktiki olaraq, sona çatması mənasına gəldiyini yazır.
Qeyd edək ki, keçən həftə Avropa Parlamenti Türkiyənin AB üzvlüyünə dair danışıqların dayandırılması haqqında qətnamə qəbul edib. Qərar Ankarada sərt reaksiyaya səbəb olub.
Qərar tövsiyə xarakteri daşıyıb. Türkiyə ilə AB arasındakı danışıqların davam edib-etməyəcəyinə dövlət və hökumət başçıları qərar verir.