Ötən gecə Adananın Aladağ qəsəbəsində orta məktəb şagirdlərinin qaldığı qızlar yataqxanasında faciə yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, yataqxanada hələlik səbəbi bilinməyən yanğının çıxması 12 nəfərin həyatını itirməsilə nəticələnib, 22 şagird isə xəstəxanaya qaldırılıb. Yanaraq ölmüş 12 nəfərdən birinin işçi, qalan 11 nəfərin isə yataqxana sakini şagird olduğu bildirilir. Yanğının səbəbinə gəldikdə, ilkin ehtimal kimi elektrik enerjisində qısa qapanma versiyası irəli sürülür.
Xəbərdə o da bildirilir ki, yaralananlar arasında yanğından qorunmaq üçün üç mərtəbəli binadan atılaraq sınıq xəsarətləri alanlar da var.