çərşənbə günü, 11 noyabr 2026
     

ABŞ-ın dünyanın 3-cü ən böyük qaz ixracatçısına çevrilmək planı...

Image


ABŞ-ın Enerji Departamenti Birləşmiş Ştatların 2020-ci ilədək dünyanın 3-cü ən böyük maye halında olan təbii qaz ixracatçısı olacağını açıqlayıb. Bu, daxili neft və qaz bumunun beynəlxalq enerji biznesinə təsirinin bariz nümunəsidir.

Enerji ticarəti üzrə ixtisaslaşmış "S&P Global Platts" informasiya agentliyinin məlumatına görə, ABŞ noyabr ayında hər gün, ortalama, 210 milyon kubmetr qaz ixrac edib və sutkada 198 milyon kubmetr qaz alıb. Məlumatda deyilir ki, sentyabrda da bir neçə gün ərzində ixracat idxalatı üstələyib. ABŞ-ın sonuncu dəfə idxal etdiyindən daha çox təbii qaz almasından, az qala, 60 il ötür.

ABŞ bir müddət əvvəl xam neft ixracının əksər hissəsinə qoyulmuş qadağanı da aradan qaldırıb. Beləcə, demək olar, yarım əsr ərzində tankerlər ilk dəfə Amerika neftini xaricə daşımağa başlayıblar. ABŞ enerji mənbələrinin dünya bazarına bu çıxışı daimi xarakter daşıya bilər. Xarici neft istehsalçılarının problemləri azmış kimi, ABŞ-ın enerji sənayesi də dünya bazarından öz payını götürməyə çalışır.

“Bu, gələcəkdə baş verəcəklərin müjdəsidir", - "Ion Energy Group" broker şirkətinin tərəfdaşı Sid Perkins belə deyir. Onun sözlərinə görə, təbii qaz “xam neft kimi qlobal makro bazar özəllikləri daşıyacaq və burada qlobal amillər qazın taleyinə təsir göstərəcək".

Təhlilçilər deyirlər ki, havaların soyuması ABŞ-da qaza daxili tələbatı artıra və ölkəni yenidən idxalatçıya çevirə bilər. Ancaq onların sözlərinə görə, mümkündür ki, xarici satışların artması təbii qaz sənayesinin inkişafına və daxili tələbatdan qat-qat daha çox qaz hasil edilməsinə yol açsın.

Mart ayında təbii qaz bazarında təklif toxluğu qiymətləri son 17 ildə rekord həddə ucuzlaşdırıb. O vaxtdan qiymətlər 80 faiz bərpa olunub. Alıcılar yayda qazı anbarları doldurmaqdan ötrü, qışda isə qaza təbii tələbatı ödəmək üçün alırlar. Bununla belə, qiymətlər hələ də neft bumu dövründəki səviyyədən xeyli aşağıdır.

2010-cu ildən bəri qaz ixracatı 50 faiz artıb. "Citigroup"un hesablamalarına görə, ABŞ 2020-ci ilədək özünün daxili istehlakının 1/5-i qədər qaz ixrac edəcək. ABŞ Enerji Departamenti bildirir ki, həmin il ABŞ Avstraliya və Qətərdən sonra dünyanın 3-cü ən böyük maye təbii qaz ixracatçısı olacaq.

ABŞ təbii qazının ən böyük alıcıları Şimali Amerika Azad Ticarət Müqaviləsi (NAFTA) üzrə tərəfdaşları - Meksika və Kanadadır. Enerji İnformasiya İdarəsinin məlumatına görə, cənub sərhədindən keçən yeni qaz kəmərləri avqust ayında Meksikaya ixracı rekord səviyyəyə çatdırıb. Meksikaya ixrac olunan təbii qazın həcmi ABŞ-ın daxili bazarında işlədilən qazın toplam həcminin 6 faizinə çatıb. Meksika ABŞ qazından elektrik stansiyalarını çalışdırmaq və daxili istehsalda yaranmış boşluğu doldurmaq üçün yararlanır. Kanadada isə ABŞ qazı evləri və iş yerlərini qızdırır. Bu ölkəyə qaz ixracı son bir neçə ildə sabit qalıb və avqustda ümumi qaz istehsalının 2,5 faizinə bərabər olub. Bəzi təhlilçilər ölkənin yeni prezidenti seçilmiş Donald Trampın ABŞ-ın Meksika ilə ticarət müqaviləsinə yenidən baxmaq barədə seçkiöncəsi vədlərindən ehtiyatlanırlar. Belə olarsa, Meksikaya qaz ixracı azala bilər. Ancaq burası da var ki, ABŞ-ın qaz sənayesi Amerikadan daha uzaqlarda da yeni bazarlar tapır. Fevral ayından (terminaldan qaz ixracı məhz həmin vaxt başlayıb) bəri "Cheniere Energy Inc." şirkətinin "Sabine Pass" maye qaz terminalından ixracatı gündə 42,5 milyon kubmetrə çatıb.

“Cheniere” 2008-ci ildə açılanda, onun təbii maye qaz alacağı planlaşdırılırdı. Ancaq şist qatlarından təbii qaz hasilatı bu şirkəti həmin qazı xaricə ixrac etməyə icazə almış ilk Amerika şirkətinə çevirdi.

ABŞ-la azad ticarət müqaviləsi olan Sinqapur və Cənubi Koreya kimi ölkələrə təbii qaz ixracına icazə almaq tez başa gəlsə də, belə müqavilənin olmadığı və Yaponiyanın da daxil olduğu iri idxalatçılara satış əlavə mərhələlərdən keçməyi tələb edirdi. 2011-ci ildə “Cheniere” bu qəbildən olan ölkələrə də təbii qaz satmağa icazə ala bildi. “Cheniere” "Sabine Pass" terminalını genişləndirməyə davam edir. Şirkətin bir neçə digər terminalı 2017 və 2018-ci ildə işə başlayacaq. 2013-cü ildə Texasda - Kuintana adasında yerləşən Friport maye təbii qaz terminalı da hökumətdən ixracat üçün icazə aldı. Bu terminal ixracata 2018-ci ildə başlayacaq. "Dominion Resources" şirkəti isə artıq gələn il özünün Çizapik buxtasındakı (Virciniya ştatı) terminalından Yaponiya və Hindistana təbii qaz göndərəcək.

Dünya bazarında tələbatın azalması və təklifin artması maye təbii qaz qiymətlərini ucuzlaşdırıb. Bazarın durumu uzunmüddətli sazişlər bağlamaq imkanlarını da azaldıb. Bu, ixrac terminallarının maliyyələşdirilməsini çətinləşdirir. 2016-cı ilin əvvəlində "Royal Dutch Shell PLC" Luizianadakı Çarlz gölündə ixrac terminalı inşa etmək planlarını ertələdiyini bildirib. Şirkət bunu bazardakı toxluqla izah edib.

Amerika şist enerji istehsalçıları dünya bazarına təsirini artırmaqdadır. Cəmi 10 il öncə bunu çox az adam proqnozlaşdıra bilərdi.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ