İran gəmisi Fars körfəzi üzərində olan ABŞ helikopterini hədəfə alıb. Trend-in "Sepah News" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin ittihamlarına cavab verən İslam İnqilabı Keşikçiləri Korpusundan mənbə deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Hörmüz boğazında İrana məxsus patrul kateri körfəz üzərindən uçan ABŞ helikopterini hədəfə almışdı.
İran tərəfi həmin insidentə görə ABŞ-ı qınayaraq bu hərəkətini belə izah edib ki, məsələ ABŞ helikopterinin körfəz üzərində lazımsız və qeyri-peşəkar uçuşu ilə bağlıdır.