11.58
Alınan son məlumata görə, qəzaya düşən təyyarənin sərnişinlərindən 13 nəfərini xilas etmək mümkün olub. Detallar və xilas olunanların kimliyi açıqlanmır.
***
Braziliyanın “Şapekoense” klubunun futbolçularını daşıyan təyyarə Kolumbiyada qəzaya düşüb.
Baki-xeber.com-un xəbərinə görə, təyyarənin göyərtəsində 9 heyət üzvü və 72 sərnişin olub. Onlardan neçəsinin futbol klubunun üzvü olduğu dəqiqləşdirilmir. “Univision” telekanalının xəbərinə görə, futbolçular Kolumbiyanın Medelin şəhərinə Cənubi Amerika kuboku uğrunda matçda iştirak etmək üçün gedirmiş.
Xəbərə görə, qəza kolumbiyanın Antiokiya əyalətinin La-Union rayonunda baş verib. Təfərrüatlar bəlli deyil.