Prezident Barak Obama ilə xələfi Donald Tramp arasında telefon danışığı olub.
Baki-xeber.com-un xəbərinə görə, söhbətin əsas mövzusunu hakimiyyət səlahiyyətlərinin dövr edilməsi təşkil edib. Bu barədə yeni seçilmiş prezidentin köməkçisi Kellien Konuey məlumat verib. ABC telekompaniyasına müsahibəsində o deyib ki, iki lider arasında müntəzəm olaraq telefon danışıqları olur və şənbə günü onlar hökumətin yenidən qurulması mövzusunda xeyli söhbət edib.
Konuey mesahibəsində prezident seçkilərini uduzmuş Hillari Klintonun da “bostanına daş atıb”. O deyib ki, iki ştatda səslərin yenidən hesablanmasını tələb etməkdənsə, xanım Klinton məğlubiyyətini qəbul edib yeni hökumətin qurulmasında iştirak etməlidir.
Xatırladaq ki, yanvarın 20-də yeni prezident Donald Tramp səlahiyyətlərinin icrasına başlayacaq.