ABŞ prezidenti seçilmiş Donald Tramp Kuba inqilabının lideri Fidel Kastronun ölümü barədə danışarkən onun haqqında “acımasız diktator” ifadəsini işlədib.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri o, Kastronun ölümü ilə bağlı rəsmi açıqlamasında ifadə edib. Tramp deyib: “Kastro acımasız bir diktatordu. Kuba xalqı nəhayət çoxdandır haqq etdiyi azadlığını yaşaya bilər. Artıq Kuba uzun müddətdir yaşadığı qorxularından xilas oldu”.
Lakin dünyanın ünlü siyasətçiləri və liderləri Trampın mövqeyini bölüşmür və Kuba xalqına başsağlığı diləkləri göndərməkdə davam edir. Belə ki, Rusiya prezidenti Putin, ABŞ-ın artıq eks prezidenti Barak Obama, patriarx Kirill, Mixail Qorbaçov, Dieqo Maradona və digər tanınmış simalar artıq Havanaya dəstək ifadə edib.
Xatırladaq ki, medianın “əbədi xəyalpərəst, əbədi üsyançı” adlandırdığı Fidel Kastro noyabrın 25-də 90 yaşında vəfat edib.