RF prezidenti Vladimir Putinin söylədiyi “Rusiya sərhədləri heç yerdə bitmir” sözləri Avropada ciddi narahatlıqlara yol açıb.
Baki-xeber.com-un xəbərinə görə, Britaniyanın “The Daily Express” qəzeti yazır ki, bu sözlərdən sonra Avropa Kremlin “əyilməz xarici siyasətindən ”panikada olmasa da, ciddi qorxu içində olduğu aşkardır. Qəzetin müxbiri Çarli Beylis yazır ki, Avropa ölkələri artıq Rusiyanın ciddiyyətini anlayıb, o üzdən də Kremli dayandırmaq və Moskvanın yürütdüyü yeni silahlanma siyasətini durdurmaq üçün onu danışıqlara dəvət edirlər. Dediklərinin sübutu kimi isə o, Almaniyanın xarici işlər naziri Ştaynmayerin “Rusiyanı daha çox dialoqa çəkmək lazımdır” sözlərini iqtibas gətirir. Bu arada Bolqarıstan və Moldovanın da Rusiyayönlü prezident seçməsinə diqqət çəkən müəllif bildirir ki, Putin bu dövlətləri Rusiyaya birləşdirib ölkəsinin hüdudlarını genişləndirmək xətti götürərək, əslində sərhəd məsələsində heç də zarafat etmədiyini ortaya qoymaqdadır.