Almaniya Türkiyənin “İncirlik” bazasından hərbi heyətini çıxarmaq üçün alternativ baza axtarışına çıxıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb. Qəzetin xəbərinə görə, bu gün Almaniyadan olan heyət sözügedən məqsədlə İordaniyanın paytaxtı Əmmanda bir sıra görüşlər keçirəcək. Qəzetə danışan Müdafiə nazirliyinin rəsmisi bildirib ki, “İncirlik”dəki “Tornado” qırıcılarının başqa hərbi bazaya köçürülməsi ərazidə həftələrlə kəşfiyyat uçuşlarının keçirilməyəcəyi anlamına gəlir. Eyni zamanda Türkiyə hərbi bazasındakı əsgərlərin buradan dislokasiya edilib-edilməyəcəyi də dəqiq bəlli deyil. Mənbə onu da deyib ki, alternativ baza axtarışı profilaktik məqsəd daşıyır və “İncirlik”dən çıxmaq zərurəti yaranarsa, çətin duruma düşülməməsi üçün atılan addımdır.
Qəzetin xəbərinə görə, alternativ variantda, İordaniyadan başqa, Küveyt və Kıbrıs da yer alır.