ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı və ailəsini qoruyacaq təhlükəsizlik xidməti onun özünə aid “Trump Tower” göydələnində yerləşəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə cümə günü CNN məlumat yayıb. Məlumatda deyilir ki, bunun üçün Təhlükəsizlik xidməti Manhettendə yerləşən sözügedən 58 mərtəbəli binanın bir mərtəbəsini icarəyə götürür. 1,4 kvadratmetr sahəsi olan mərtəbənin illik icarəsi isə Xüsusi xidmətə 1,5 milyon dollara başa gələcək və burada 100 nəfər çalışacaq. “Trump Tower”-in xaricdən mühafizəsini isə 300 nəfər civarında Nyu-York polisi həyata keçirəcək. Beləliklə də təhlükəsizlik xidmətinə büdcədən ayrılacaq vəsait respublikaçı prezidentin özünə aid “Trump Organization” kompaniyasının hesabına yatırılacaq. Sözügedən kompaniya isə inauqurasiyadan sonra Trampın övladlarının idarəçiliyinə keçəcək.