Yunanıstan Obamanın Rusiya gəmilərini öz limanlarında qəbul etməməsilə bağlı istəyinə əməl etmək fikrində deyil.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti”yə Yunanıstanın Milli Təhlükəsizlik Nazirliyindəki mənbə bildirib. Onun sözlərinə görə, Afina Rusiya gəmilərinin öz limanlarına yan almasına və lazımi təchizat almasına qadağa qoymaq niyyətində deyil. Agentliyə açıqlamasında mənbə deyib ki, Rusiya ölkəsinin düşməni deyil, müttəfiqidir və Afinanın yeganə düşməni “İslam dövləti” terror təşkilatıdır.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın 15-16 dekabr tarixlərində Yunanıstana səfəri gözlənir. “Militaire” portalı yazır ki, Obamanın səfərlərinin məqsədini ABŞ-ın Heritage strateji araşdırmalar institutu müəyyən edir. Hazırda bu fondun əməkdaşları ABŞ liderinə Afinaya təzyiq etməyi təklif edir. Bu isə ona görə vacibdir ki, dekabrda Yunanıstan anti-Rusiya sanksiyalarının saxlanmasına səs versin, gəmilərinin limanlarına yan almasına imkan verməsin və Makedoniya ilə aralarındakı uzun sürən gərginliyə son qoyaraq onun NATO üzvlüyünə icazə versin.
Lakin görünən o ki, Afina ABŞ tərəfinin bu istəyini yerinə yetirməyəcək.