Hələbdə dinc əhaliyə qarşı kimyəvi silahların tətbiq olunması barədə deyilənlər təsdiqini tapır.
Baki-xeber.com-un xəbərinə görə, belə bir iddia ilə Rusiya Silahlı Qüvvələrinin radioaktiv, bioloji və kimyəvi təhlükəsizlik üzrə ekspertləri çıxış edib. Onların açıqlamasına görə, terrorçular Hələbin dinc sakinlərinə qarşı iprit (xardal qazı) istifadə ediblər. Ekspertlər bildirib ki, nəticələr portativ İK-spektrometr vasitəsilə araşdırmalar vasitəsilə əldə olunub və tapılan kimyəvi silahdan 20 millilitr nümunə götürülərək əlavə tədqiqat məqsədilə Mərkəzə aparılıb.
Xəbərə görə, partlamamış kimyəvi silah Marat-uş-Hauş yaşayış məntəqəsində aşkar olunub.
Qeyd edək ki, Birinci Dünya müharibəsində kəşf olunan ipritin istifadəsinə 1923-cü ildən qadağa qoyulub.