NATO-nun Rumıniya və Estoniya sərhədlərində hərbi gücünü artırmaq qərarının ardından qarşılıq verəcəyini bəyan edən Rusiya, Kalininqrada göndəriləcək raketlərdən sonra Polşa sərhədinə də son texnologiya silahlarını göndərir.
Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin qərb sərhədinə yerləşdirəcəyi silahlar arasında pilotsuz tank xüsusilə önə çıxır. Rusiya ordusu tərəfindən hazırlanan “Robot-tank” adlı hərbi vasitə, 30 mm 2A72 avtomatik top, 7.62 mm pulemyot və 9M120 tank əleyhinə idarəolunan raketlə təchiz edilib. Digər başqa fərqli üstünlüklərə də sahib olan uzaqdan idarə edilən bu tank, normal tanklardan daha sürətlə irəliləyə bilir.
Sərhəddə yerləşdiriləcək bir başqa son texnologiya silah “killer robotu” kimi tanıdılan “Platforma-M”dir. Dörd ayrı raket atma hissəsinə sahib uzaqdan idarə robot, “Kalaşnikov” silahlarla təchiz edilib. Bundan başqa, “Platforma-M” gecə döyüş vəzifələri yerinə yetirmək üçün optik-elektron və radio kəşfiyyat qurğuları ilə təchiz olunub. Məhz bunun sayəsində də gecə qaranlığında belə hədəflərini tapıb məhv edə bilir.
Rusiya Müdafiə Nazirliyi, həmçinin Kalininqrada yerləşdiriləcək nüvə başlığı daşıyan “İskəndər” raketlərinin də görüntülərini yayıb.