İraq paytaxtı Bağdadda yenə partlayış olub. Baki-xeber.com xəbər verir ki, İŞİD terror qruplaşmasının üzərinə götürdüyü bu dəfəki bombalı hücumda iranlı zəvvarlar hədəf alınıb.
Məlumata görə, partlayış Bağdadın 100 kilometrliyində olan Hilə şəhərində bir yanacaqdoldurma məntəqəsində baş verib. Terrorçu-kamikadze minalanmış avtomobili Kərbəla ziyarəti üçün burada olan və çoxu iranlılardan ibarət qrupun yanacaqdoldurma məntəqəsinin yanındakı restoranda olduğu vaxt partladıb.
Ilkin məlumatlarda ölü sayısının 80 olduğu, ancaq sonradan 100-ə çatdığı bildirilir. Bəzi məlumatlarda isə bildirilir ki, ölənlərin və yaralıların sayı 200-ə yaxındır.
Qurbanların çoxu Kərbəla şəhərindən Ərbəin ziyarətindən qayıdan iranlılar və bəhreynlilər olub.