Prezident Ərdoğanın “Bizi rahatladır” deməklə üzvlük məsələsini götür-qoy edəcəyinə işarə vurduğu Şanxay Əməkdaşlıq Təşkilatı yekdilliklə Türkiyəni Şanxay Enerji Klubunun 2017-ci il üçün başqanı seçib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Yeni Şafak” qəzeti xəbər yayıb. Xəbərdə deyilir ki, Təşkilatın tarixində ilk dəfədir ki, üzv olmayan ölkə Şanxay Enerji Klubuna başqan seçilir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən dönərkən Türkiyə-Avropa Birliyi əlaqələri barədə açıqlamasında “Türkiyə nəhayət özünü rahat hiss etməli, məndən ötrü varsa-yoxsa AB deməməlidir” sözlərini işlədib və “Şanxay Əməkdaşlıq Təşkilatında Türkiyə niyə olmasın” sualını verib. Bunun drhal ardından Rusiya və Çindən dəstək açıqlaması gəlib. Hazırda isə Təşkilat özü jest etməklə Türkiyənin üzvlüyünə yaşıl işıq yandırıb.