ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın oğlu artıq siyasi səhnədə görünməyə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Wall Street Journal” özünün mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, kiçik Tramp Parisdə siyasətçilər və iş adamları ilə görüşərək Suriya məsələsində Rusiya ilə mümkün əməkdaşlığı müzakirə edib. Parisin “Ritz” otelində keçirilən görüşdə 30 nəfər iştirak edib.
Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzi təşkil etdiyi görüşə kiçik Trampın hansı vəzifənin daşıyıcısı olaraq qatıldığı dəqiqləşdirilmir..