Araşdırmalar nəticəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Çingiz Xanın nəvəsi olduğu ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, qazax mediası alimlərin Nazarbayevin Çingiz Xanın nəvəsi olduğunu elmi olaraq sübuta yetirdiyini yazır. “Qızıl Orda” qəzeti yazır ki, qazak elm adamları genetik araşdırmalar nəticəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin görkəmli monqol hökmdarı və sərkərdəsi Çingiz Xanın nəvəsi olduğunu ortaya çıxarıb.
Bundan başqa, ölkədə Çingiz Xanın soyundan gələnlərin sayının 16 milyondan çox olduğu iddia edilir.
Amerika “İnsan genetikası” jurnalının (American J. Human Genetics, V.72, № 3) 2003-ci il mart tarixli sayında dərc olunan hesabata görə, Çingiz Xanın nəvələri Asiyada yaşayan altaylılar, monqollar, çinli, uyğur, qazax, qırğız və Əfqanıstandakı hazaralar arasında yaşayır.
Çingiz Xan və nəsli Avrasiyanın ən böyük ölkələrində hökmdarlıq ediblər. Onun böyük oğlunun təxminən 40 uşağı olduğu bildirilir. Çini idarə edən Kubilay adındakı nəvəsinin isə 22 oğlu olub.