“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sui-qəsdə qurban gedə bilər”. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqin çıxış edib.
Duqinə görə, Trampa Kennedi kimi sui-qəsd ehtimalı var, səbəbi isə Trampın qlobalistlərin siyasətini dəstəkləməyəcəyidir.
"Tramp seçki qələbəsindən sonra qlobalistlərin hücumuna məruz qalacaq. Çünki bu onlar üçün itirmək mənasını verir, hegemonluq imperialist strategiyanın sonu deməkdir. Bu qlobalistlərin hamısı amerikalı deyil. Onlar Amerikadan öz maraqlarını qorumaq üçün istifadə edirlər. Məqsədlərinin Amerikanın maraqları ilə əlaqəsi yoxdur. Tramp da buna görə bir növ çevriliş, ya da Kennedi kimi bir sui-qəsdə qurban getməkdən qorxmalıdır" – deyə Putinin məsləhətçisi bildirir.