“Əl-Qaidə” terror təşkilatının liderlərindən olan Əbu Əfqan Əl-Məsrinin noyabrın 18-də öldürüldüyü xəbəri yaylııb.
Baki-xeber.com-un xəbərinə görə, ABŞ Müdafiə nazirliyi xəbəri təsdiqləyib. Nazirliyin sözçüsü Piter Kuk Pentaqonda keçirilən mətbuat toplantısında Əl-Məsrinin ötən cümə günü öldürüldüyünü açıqlayıb.
Misir kökənli Əl-Məsri Əfqanıstanda “Əl-Qaidə”yə qoşulduqdan sonra Suriyaya keçərək terrorçu təşkilatın buradakı qoluna rəhbərlik edib. Sirmata şəhəri yaxınlığına endirilən hava zərbələri nəticəsində məhv edilən Əl-Məsrinin Əfqanıstandakı amerian və koalisiya güclərinə qarşı bir çox hücumlarda əlinin olduğu bildirilir. Piter Kuk Əl-Məsrinin öldürülməsini bölgədə terror qruplaşmalarına qarşı aparılan əməliyyatda irəliyə doğru daha bir addım adlandırıb.