ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Obamadan bu postu təhvil almasından dərhal sonra görəcəyi işləri açıqlayıb.
Baki-xeber.com-un “Yeni Şafak”a istinadən xəbərinə görə, Tramp deyib ki, Ağ Evdə bir nömrəli vəzifəsi Trans-Sakit okean Sərbəst Ticarət Anlaşmasından çəkilmək olacaq. Sözügedən Anlaşmanı ölkəsi üçün potensial fəlakət adlandıran respublikaçı Tramp deyib ki, bunun əvəzinə digər ölkələrlə ikitərəfli ticari əlaqələrə üstünlük veriləcək. Tramp deyib ki, bu istiqamətdə fəaliyyət nəticəsində qaya qazı və təmiz kömür də daxil olmaqla yerli enerji istehsalına tətbiq olunan məhdudiyyətləri ləğv edəcək və bununla da enerji sektorunda milyonlarla yüksək ödənişli iş yerlərinin açılmasına nail olacaq.
Tramp ABŞ-ın Əmək nazirliyinə “Amerikanın iş imkanlarını baltalayan“ bütün viza pozuntularının araşdırılması yönündə təlimat verəcəyini də açıqlayıb.