ABŞ Dövlət Departamenti Avropada terror təhlükəsinin olması ilə bağlı xəbərdarlıqla çıxış edib.
Baki-xeber.com-un xəbərinə görə, qurumun yaydığı açıqlamada bütün Avropa ərazisində, xüsusilə bayram günlərində, bu risqin böyük olduğu bildirilir. Xəbərə görə, Dövlət departamenti xüsusi kəşfiyyat xəbərinə istinad edərək vətəndaşlarını ehtiyatlı olmağa çağırır, bildirir ki, “İslam dövləti”, “Əl-Qaidə” və onların dəstək verənləri bayramlar ərəfəsində terakt planları hazırlamaqda davam edir. Xəbərdə bu risqin 20 fevral tarixinə kimi qüvvədə olduğu da bildirilir.