Ukraynanın Təhlükəsizlik xidməti Krımda iki rus hərbçisini oğurlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Xəbərə görə, hərbçilər oğurlanaraq Ukraynanın Nikolayev vilayətinə aparılıb. Onlar gizir Maksim Odinsov və kiçik serjant Aleksandr Baranovdur. Rusiya tərəfinin xəbərinə görə, onlar barəsində guya hərbi cinayət törədilməsində iştirak maddəsilə cinayət işi qaldırılacağı gözlənir.
Rusiya Müdafiə Nazirliyi baş verənləri kobud provokasiya adlandırıb və hərbçilərinin dərhal geri qaytarılmasını tələb edib.