Rusiya daha 49 il Suriyada qalacaq. Baki-xeber.com xəbər verri ki, bu barədə Federasiya Şurası müdafiə komitəsinin sədri Viktor Ozerov açıqlama verib. Ozerovun sözlərinə gör, Rusiya Suriyanın Tartus limanında inşa etdiyi hərbi dəniz bazasından 49 il istifadə edəcək.
Ozerov bildirib ki,, Tartus limanındakı hərbi baza 1,5-2 il sonra fəaliyyətə başlayacaq. Bu müddətdə baza modernləşdiriləcək birinci sinif döyüş gəmilərini qəbul edəcək. Buradan yalnız terror əməliyyatlarının deyil, hakerlərə qarşı da mübarizə aparılacağını deyən Ozerov, dəniz bazası ilə əlaqədar razılaşmanın 49 illik olacağını qeyd edib: "Suriyaya uzun müddətə gəldik. Buna görə də, aerodrom və baza ətrafındakı infrastruktur inkişaf etdiriləcək. İşlər üç il davam edə bilər".
Ozerov, ən az iki uçuş-enmə zolağı inşa ediləcəyini, bazanın havadan müdafiə gücünün artırılacağını və digər başqa vacib obyektlərin inşa ediləcəyini qeyd edib. Onun sözlərinə görə, bölgədəki S-400 raketdən müdafiə sisteminin də yeri dəyişdirilə bilər.
ABŞ-ın Avropada qurduğu havadan müdafiə sistemlərinə də toxunan Ozerov, buna qarşılıq olaraq Rusiyanın qərb sərhədlərində öz raketdən müdafiə sistemlərini güçləndirəcəyini deyib: "Kalininqrada S-400 və İskəndər raketləri yerləşdirəcəyik və Qərb və Cənubi hərbi bölgələrində yeni birliklər yaradılacaq".