ABŞ-ın 45-ci prezidenti seçilən iş adamı Donald Tramp Ağ Evə tək köçəcək. Onun həyat yoldaşı Melania və oğlu Barron yanında olmayacaq.
Baki-xeber.com xəbər verri ki, Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq və həmin gün də Ağ Evə yerləşəcək. Ancaq Tramp yeni evində bir müddətə ailəsi olmadan yaşayacaq.
Tramp bildirib ki, oğlu məktəbi bitirdikdən sonra ailəsi onun yanına - Ağ Evə köçəcək: "Barron məktəbi bitirdikdən sonra, mənim yanıma gələcəklər".
“New York Post” qəzeti yazır ki, Trampın yoldaşı Melania Tramp və 10 yaşındakı oğlu Barron təhsilinin yarımçıq qalmaması üçün bir müddət daha Manhattanda olan “Trump Tower”dəki evlərində yaşayacaq.