“Mikheil Saakaşvilinin Odessa vilayətinə qubernator təyin edilməsi odessalılar və Ukrayna xalqı üçün təhqirdir”. Bunu Rusiya prezidenti Vladimir Putin “Ukrayna od içində” filminin rejissoru Oliver Stounla söhbətdə deyib.
"Bu, odessalılara və bütün Ukrayna xalqının üzünə tüpürmək və təhqir etmək mənasına gəlirdi. Saakaşviliyə ABŞ-da iş vizası belə vermədilər. Universitetlər onu daimi olaraq heyətlərinə almaq istəmədi. Bunlar, Saakaşvilinin Odessa valisi ola biləcəyinimi göstərir? Bu vəzifəyə təyin edilə biləcək sıravi ukraynalı peşəkar və layiqli mütəxəssislər yoxdurmu?" – deyə Putin bikldirib.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroshenko 2015-ci ilin mayında Saakashvilini Odessa vilayətinə qubernator təyin edib və buna görə ona Ukrayna vətəndaşlığı verilib.
Hakimiyyəti korrupsiyada ittiham edən Saakashvili noyabrın 7-də bu vəzifədən istefa verib və mübarizəni davam etdirmək üçün yeni siyasi hərəkat yaratdığını elan edib.