Fransanın “Respublikaçılar” partiyasında prezidentliyə namizədlik uğrunda seçkinin birinci mərhələsində keçmiş baş nazir Fransua Fiyon (Francois Fillon) qalib gəlib. O, 42- faizdən artıq, keçmiş baş nazir Allen Juppe (Alain Juppe) 26, keçmiş prezident Nicola Sarkozi isə 24 faizdən bir qədər artıq səs toplayıb.
Seçkinin ikinci mərhələsi noyabrın 27-də keçiriləcək. Fransua Fiyon kinci mərhələdə favorit hesab olunur.
Fiyonla Sarkozi Rusiya ilə sıx münasibətlərin, ona qarşı beynəlxalq sanksiyaların götürülməsinin tərəfdarıdırlar. Keçmiş baş nazir və Bordonun keçmiş meri Allen Juppe isə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və Minsk sülh razılaşmasını tam yerinə yetirməyə çağırır. O, həmçinin Hələbin bombalanmasını hərbi cinayət sayır.
Seçkinin ikinci mərhələsində qalib gələn namizəd 2017-ci ildə keçiriləcək prezidemt seçkisində sağçı mühafizəkarların lideri Marin Le Penlə mübarizə aparacaq.
Keçmiş prezident Nicola Sarkozi məğlubiyyətdən sonra birdəfəlik siyasətdən getdiyini və qalan həyatını ailəsinə həsr edəcəyini bəyan edib.