çərşənbə günü, 11 noyabr 2026
     

Ərdoğanın baş müşaviri Bakıdan Trampa “qandan əl çəkin” mesajını verdi

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün türk-islam dünyasına faydası olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın sürətli inkişafına səbəb olacaq.

NATO Parlamet Assambeyasının 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında erməni millət vəkilinin sualına layiqli cavab verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu təbrik etdiyini bildirən Y.Topçu qeyd edib ki, erməni deputat yenə yalan danışmaq istəyib: “Amma Mövlud Çavuşoğlu onların necə yalancı və təcavüzkar olduqlarını üzlərinə söylədi. Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Ermənistan Xocalıda bizim uşaqlarımızı, qadın və qocalarımızı öldürüb. Onlar işğalçıdırlar və soyqırım törədiblər”.

Baş müşavir həmçinin bildirib ki, Ermənistan rəhbərliyinin əli uşaqların qanına batıb və M.Çavuşoğlu bunu onların üzünə söylədi.

“Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya verdiyi dəstəyi türk-islam dünyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərsə, bu işğal davam etməz”. Bunu da Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, Ankaranın bu məsələyə münasibətini digər ölkələr də göstərməlidir.

Baş müşavirin sözlərinə görə, türk-islam dünyası ölkələri güclənmələri üçün yollar axtarmalı, bir-birinə dəstək verməlidir.

Y.Topçu bildirib ki, bütün qardaş ölkələr Azərbaycan və Türkiyə arasındakı dostluq və həmrəylikdən nümunə götürməlidirlər.

"Rusiya Ermənistana dəstəyini dayandırsa və Dağlıq Qarabağ probleminin nizamlanmasına Azərbaycanın haqlı mövqeyindən yanaşsa, daha çox şey qazanar" deyə Yal.Topçu bildirib. O qeyd edib ki, əgər Rusiya azərbaycanlı məcburi köçkünlərin, o cümlədən uşaqların Qarabağda öz evlərinə qayıtmasına kömək etsə, 1,7 milyardlıq türk-islam dünyasının nəzərində mövqeyi yüksələr: "İnanıram ki, Rusiya da bu düşüncədədir".

Baş müşavirin sözlərinə görə, Türkiyə yaxın zamanlarda azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları üçün lazımi addımların atılacağına, Ermənistanın haqsız işğalına son qoyulacağına inanır.

O bildirib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyir. Ancaq həyasızcasına işğal 20 ildir ki, davam edir. Y. Topçu deyib ki, Xocalı soyqırımı dünyanın gözləri qarşısında törədilib: “Bu münaqişə olmasa, Azərbaycan Asiyanın və bölgəsinin rifahının açarı olacaqdı. Qarabağ münaqişəsi ilə Azərbaycanın qarşısını almağa çalışırlar. Asiyanın rifahı Azərbaycanın ayağa qalxması ilə bağlıdır, Türkiyənin ayağa qaxması Balkanların, Orta Şərqin, Afrikanın ayağa qalxması deməkdir. Türkiyə ayaq üstdə olarkən kimlərsə bölgədə rejimləri dəyişdirə bilməz. 15 iyulda bütün cəhdlər Türkiyəni diz çökdürməyə hesablanmışdı. 15 iyulda istiqlalımıza və istiqbalımıza sahib çıxdıq, mədəniyyət coğrafiyamıza, məzlum millətlərə ümid olduq”.

"Türkiyə zaman-zaman Avropa İttifaqına daxil olmağa cəhd göstərdi. Lakin Türkiyənin heç vaxt Aİ-yə ehtiyacı olmayıb, əksinə, İttifaqın Türkiyəyə ehtiyacı var". Bunu da Türkiyə Prezidentinin baş müşaviri deyib. O qeyd edib ki, Avropanın Türkiyənin gücünə, yeraltı və yerüstü sərvətlərinə, insan resurslarına ehtiyacı var.

Y.Topçu bildirib ki, Aİ ölkələri üçün Şərq, Qafqaz, ərəb, Orta Asiya və Balkan ölkələri ilə möhkəm ticarət və siyasi əlaqələr qurmağın tək yolu Türkiyədir: "Amma görünən odur ki, Avropa Türkiyə ilə əlaqələrini gücləndirmək fikrində deyil".

Baş müşavir əlavə edib ki, PKK, İŞİD, Fəthullah Gülən hərəkatı kimi terror təşkilatlarının arxasında guya Türkiyə ilə strateji əlaqələri olan ölkələr dayanır: "Türkiyə terror dəstələrinin əllərində olan silahlardan bunu gördü. Almaniyada bizim axtarış siyahımızda olan 4500 terrorçu var".

Y.Topçu deyib ki, Aİ-Türkiyə əlaqələri Avropa tərəfinin bundan sonra atacağı addımlardan asılıdır.

”ABŞ ikitərəfli razılaşmaya əməl etməli, NATO üzvü kimi Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməlidir”. APA-nın məlumatına görə, bu sözləri də Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu bildirib.

Y. Topçu deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) sülh, rifah istəyən bütün dünya ölkələri üçün təhlükəlidir: “ABŞ bu günə qədər bu sahədə öhdəliklərinin heç birini yerinə yetirməyib. İki ölkənin cinayətkarların ekstradisiyası ilə əlaqədar müqaviləsi var. ABŞ bizdən hər hansı cinayətkarı istəyərkən əsla sorğu-sual etmirik. Çünki qarşıdakı ölkə deyir ki, sənin ölkəndə mənim cinayətkar kimi axtardığım birisi var, onu mənə ver. ABŞ da heç nə soruşmadan FETÖ rəhbərini bizə verməlidir. Amma ABŞ indiyə qədər bunu etməyib”.

Donald Trampın prezident seçilmək şansını seçkidən öncə yüksək dəyərləndirdiyini və proqnozunun doğrulduğunu söyləyən Türkiyə prezidentinin baş məsləhətçisi bildirib ki, D. Trampın dünyada və ABŞ-da nələri dəyişdirəcəyini gözləmək lazımdır: “ABŞ-ın özünəməxsus tarixi, dərin siyasəti var. Əgər Donald Trampı özlərinə bənzədərlərsə, məzlum xalqlar üçün heç nə dəyişməz. ABŞ Türkiyənin, yaxud dünyanın məsələləri ilə əlaqədar proseslərə tarixi mövqeləri prizmasından baxır. Donald Trampın isə iddiaları var və o iddialarını həyata keçirib-keçirməyəcəyi məsələsində şübhəliyəm. Çünki Donald Trampa təzyiq edə, onun mövqeyini dəyişdirə bilərlər. Mənim ABŞ və Donald Tramp hökumətindən istədiyim odur ki, ədalətli olsunlar. Əgər ABŞ ədalətsizliyə davam edərsə, mütləq bir gün yerlə bir olar. ABŞ başqa coğrafiyalarda qan tökməyə son qoymalıdır. Ölkələrdə uşaqları, qadınları öldürməkdən vaz keçməlidirlər. ABŞ hazırda islam dünyasında ən az simpatiya duyulan ölkələrdən biridir. ABŞ-ın islam dünyasında simpatiya qazanmasının yolu var. Bunun yolu islam coğrafiyasından əllərini çəkməsi və qan tökməkdən vaz keçməsidir. Trampdan gözləntimiz budur".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ