Almaniya kansleri Angela Merkel 2017-ci il hökumət seçkilərinə qatılmaq barədə qərar qəbul etdiyini açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, bazar günü Berlində mətbuat konfransında bildirib.
Almaniyanın “Deutsche Welle” nəşri yazır ki, beləliklə Merkel 4-cü dəfə kansler postuna namizədliyini vermiş olacaq. Nəşrin xəbərinə görə, Merkel qarşıdakı seçkiləri “Almaniyanın birləşməsindən sonra ən mürəkkəb seçkilər” adlandırıb. Merkel onu da deyib ki, onun ölkəsi ilə birlikdə bu yolu keçməyə “marağı və arzusu” yetərincədir.
Qeyd edək ki, daha öncə Merkel bu niyyəti barədə lideri olduğu Xristian Demokratlar İttifaqının qapalı toplantisinda bəyan edib.