Rusiya prezidenti Vladimir Putin ABŞ-ın fəaliyyətdə olan dövlət başçısı Barak Obama ilə Asiya və Sakit Okean hövzəsi ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Peruda keçirilən sammiti çərçivəsində bir araya gəlib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, prezidentlər iclasın əvvəlində salamlaşıb, sonra isə qısa söhbət ediblər. Ağ Evə yaxın jurnalistlər isə bildiriblər ki, Obama ilə Putinin söhbəti Rusiya prezidentinin masası yaxınlığında baş tutub. Onlar qısa müddət söhbət edib, sonra Obama “okey” deyərək Putinin əlini sıxıb və öz stoluna doğru gedib.
Qeyd edək ki, daha öncə Peskov Putinlə Obama arasında görüşün planlaşdırılmadığını bildirmişdi. Lakin onu da qeyd etmişdi ki, onlar arasında “ayaqüstü söhbətin” baş tutacağı istisna olunmur.