ABŞ Federal Təhqiqatlar Bürosu Şükran günündə terror ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CBS News-un xəbərində deyilir. Xəbərdə, eyni zamanda, belə bir təhlükənin Trampın inauqurasiya günündə də gözlənildiyi bildirilir. Qeyd olunur ki, təhlükənin önlənməsi üçün əsasən Vaşınqtonda və Virciniya ştatında nəzarət gücləndirilib.
Qeyd edək ki, terror hazırlığı barədə xəbərlər Əl-Qaidənin ingilisdilli “Inspire” jurnalında dərc olunub. Jurnalın son saylarından birində Şükran günü terror üçün “ideal hədəf” adlandırılır. Eyni zamanda jurnalda amerikan biznesmenlərinin hədəf götürüldüyü də açıq mətnlə verilir.
Onu da bildirək ki, Şükran günü ABŞ-da dövlt bayramı olub, hər il noyabrın dördüncü cümə axşamı günü keçirilir.