ABŞ-ın seçilmiş vitse-prezidenti Maykl Pens Ağ Evin yeni başçısı Donald Trampın keçid komandasından bütün lobbiçilərin uzaqlaşdırılması barədə göstəriş verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Wall Street Journal” xəbər verib.
Xatırladaq ki, daha öncə Tramp komandasına xeyli sayda lobbiçi daxil etməsinə görə tənqidlərə hədəf olmuşdu. Massaçusets ştatından senator Elizabet Uorren bəyan edib ki, amerikalılar yeni prezidentin komandasında korporasiya rəhbərlərini görmək istəmir. Onun fikrincə, Tramp əksinə, komandasına lobbiçiləri toplayır, halbuki, seçkiqabağı kampaniyasında onlara qarşı çıxışlar edirdi.
Vitse-prezidentin yeni göstərişiinə əsasən isə hazırda Miçiqan ştatından konqresmen Mayk Rocers oz postundan getməli olub, halbuki, buna qədər o, MKİ rəhbərliyinə ən real namizəd hesab olunurdu. Ondan əlavə, Trampın keçid komandasındakı yerini Ağ Evin milli təhlükəsizlik məsələlərilə bağlı planlaşdırma üzrə görəvli Metyu Fridman da itirib. Obama komandası ilə Ağ Evdəki postunu tərk edənlərdən daha biri isə birjalar və qiymətli kağızlar üzrə Komissiyanın başçısı Meri Co Uaytdır.
Bununla yanaşı, Trampın prezidentliyi dövründə dövlət katibi postuna əsas namizədin kimliyi də bəlli olub. Bu, Nyu Yorkun eks meri Rudolf Culianidir.