Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton milyondan çox seçici səsi ilə Trampı geridə buraxıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Politico” saytı xəbər verib. Xəbərdə deyilir ki, hazırda bir çox ştatlarda səslərin sayılmasının başa çatması Klintonun xeyrinə 61 963 234 - 60 961 185 nisbətini ortaya qoyub.
Xatırladaq ki, Tramp 290 seçici səsi toplamaqla ABŞ-ın 58-ci prezident seçkisinin qalibi oldu. Klinton isə o zaman 232 səs toplamışdı. Hazırda isə bir çox ştatlarda səslərin sayılmasının başa çatması ortaya fərqli mənzərə çıxarıb.
Xatırladaq ki, seçicilərin formal səsverməsi dekabrın 19-da keçiriləcək, yanvarın 6-da isə Konqres onun nəticələrini təsdiqləyəcək. Onu da bildirək ki, belə bir mənzərə ABŞ-da 2000-ci ilin prezident seçkilərində yaşanıb. O zaman demokrat Albert Qordan yarım milyon az səs toplasa da, respublikaçı Corc Buş seçkilərin qalibi olmuşdu.