ABŞ prezidenti Barak Obama bildirib ki, Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Eduard Snouden Amerika məhkəməsi qarşısına çıxarsa, onu əfv edə bilər.
Obama Almaniyanın Spiegel jurnalına və ARD telekanalına müsahibəsində bildirib ki, Snoudenin məxfi proqramla bağlı açıqladığı detallara görə narahat olması üçün çoxlu əsası var. Onun fikrincə, məxfi izləmə Amerika vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür.
Eduard Snouden 2013-cü ildə Mərkəzi Kəşfiyyat Agentliyinin vətəndaşların telefon danışıqlarını məhkəmə qərarı olmadan dinləməsi ilə bağlı məlumatları jurnalistlərə ötürəndən sonra ABŞ-dan qaçmağa məcbur olub.
Eduard Snoudeni əvvəlcə Honk-Konqa, sonra isə Rusiyaya qaçıb, burda siyasi sığınacaq alıb. O vaxtdan da burda yaşayır.