İstanbulda qanunsuz miqrantların deportasiya olunmaları üçün saxlandıqları mərkəzdə qiyam qalxıb.
Baki-xeber.com-un "Haber 7"-yə istinadən xəbərinə görə, miqrantlar binada yanğın törədib, daha sonra isə qapıları sındıraraq qaçıblar. Hadisə yerinə polis gəlsə də, onların qarşısını ala bilməyib. Hüquq mühafizə əməkdaşları odlu silahdan atəş açmaq məcburiyyətində qalıb. Mərkəzdən müxtəlif ölkələrin vətəndaşları olduğu deyilən 100-ə yaxın qanunsuz miqrantın qaçdığı xəbər verilir.
Hazırda İstanbul polisi qaçan miqrantları axtarışını davam etdirir.