ABŞ prezidenti seçilən Donald Trampın komandasında dövlət katibi olacağı gözlənilən və qatı neocon (yeni mühafizəkar) kimi tanınan Con Bolton bildirir ki, İranda rejim dəyişməlidir.
C.Bolton deyir ki, İranda rejim dəyişikliyinə gedilməli və nüvə razılaşması təxirə salınmalıdır. O, İranda baş verəcək rejim dəyişikliyinin iranlıları da sevindirəcəyini iddia edir. Bolton, İran daxilində rejim dəyişikliyini dəstəkləmək üçün bir müxalif qrup seçildiyi təqdirdə, Amerika əsgərlərinin hər hansı bir müdaxiləsinə ehtiyac qalmayacağını deyir.
Bolton uzun müddətdir İranla imzalanan nüvə razılaşmasını tənqid edir. Onun sözlərinə görə, İranın nüvə obyektləri bombalanmalıdır.
ABŞ-ın yeni dövlət katibi olacağı iddia edilən Boltonun bu sözləri Amerika mediasında sərt şəkildə tənqid olunub.