Ankara Moskva ilə S-400 Zenit raket kompleksləri alınması ilə bağlı danışıqlar aparır. TASS-ın noyabrın 18-də yaydığı məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri Işıq bəyan edib.
Amma nazir qeyd edib ki, eyni məqsədlə digər ölkələrlə də danışıqlar aparılır. Nazir bununla bağlı NATO ölkələri ilə çoztərəfli danışıqlar aparıldığını və Türkiyədə alyansın tələblərinə cavab verən sistem olacağını deyib: “Hazırda Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun məqsədimiz bu sistemi özümüzdə istehsal etməkdir”.
Türkiyə bu sistemlərlə hələ 2013-cü ildən maraqlanır. Bu məqsədlə Ankaranın Çinlə apardığı danışıqlar texnologiyanın verilməsi və birgə istehsal da daxil olmaqla bir sıra fikir ayrılıqlarına görə baş tutmadı və Türkiyə hakimiyyəti həmin vaxt tenderi təxirə saldı. Amma 2016-cı ildən məsələ yenidən gendəmə dönüb.