Obama dönəmində vəzifəyə gələn və Trampın seçilməsindən sonra istefası gözlənən ilk isim bəlli olub.
Baki-xeber.com-un xəbərinə görə, bu, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Clapperdir. Xəbərə görə, Ceyms Clapper respublikaçı Donald Trampın Ağ Evdə vəzifəsinə başlamasına 64 gün qalmış istefa verdiyini açıqlayıb. Clapper istefa məktubunu ABŞ Nümayəndələr Məclisinin Kəşfiyyat Komitəsində milli təhlükəsizliklə bağlı toplantısı öncəsi təqdim edib.
Qeyd edək ki, 75 yaşlı Ceyms Clapper 6 ildir sözügedən vəzifəni icra edirdi. 2010-cu ildə Milli Kəşfiyyat direktorluğuna təyinat alan Clapper 1992-1995-ci illərdə Müdafiə Kəşfiyyat Agentliyinin ilk direktoru olub.