Rusiya ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın komandası ilə Suriya ilə bağlı danışıqlara başlayıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlama verib.
"Vaşinqtonda yeni prezidentlə işləyəcəyi ehtimal edilən insanlarla təmas qururuq. Həm prezidentlik müddəti başa çatan, həm də yeni gələcək ABŞ rəhbərliyinin, Suriya böhranının Rusiya olmadan həll edilə bilməyəcəyini qəbul edərək hərəkət etməsinə ümid edirik. Biz açıq bir dialoqa hazırıq" – deyə Bogdanov bildirib.
Boqdanov İŞİD-lə mübarizədə İraq hökumətinə silah və hərbi yardım dəstəyi verdiklərini deyib.