Türkiyə terrorizmə qarşı mübarizə sahəsində liderdir. Trend-in məlumatına görə, bunu Türkiyə Parlamentində çıxış edən ölkənin müdafiə naziri Fikri İşıq deyib. Nazirin sözlərinə görə, Türkiyə 35 ildən çoxdur ki, PKK terror təşkilatı ilə mübarizə aparır. F.İşıq bu müddət ərzində PKK-nın ciddi itkilərlə üzləşdiyini bildirib.
O, PKK terrorçuları tam məhv olana qədər Türkiyənin mübarizəni davam etdirəcəyini bir daha bəyan edib.
O, deyib ki, Türkiyə Silahlı Qüvvələrindən xaric edilmiş şəxslərin sayı 20 min nəfərdən artıqdır.
F.İşıq bildirib: "Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində ümumilikdə 20088 hərbçi Silahlı Qüvvələrədn xaric edilib".
Müdafiə nazirinin sözlərinə görə, xaric edilən hərbçilərin 16423 nəfəri kursant olub.