Krım və Donbas hadisələrini Rusiya ilə Ukrayna arasında hərbi konflikt kimi təqdim etmək reallıqdan uzaqdır.
Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə RF prezidentinin sözçüsü Dmitri Peskov çıxış edib. Bu barədə o, KİV-in bu məsələyə Beynəlxalq Cinayət Məhkəməsində (BCM) baxılacağı ilə bağlı xəbərlərini şərh edərkən bildirib. O deyib ki, məsələnin bu şəkildə formulirovkası həqiqətdən uzaqdır və Rusiyanın mövqelərinə ziddir. Peskov diqqətə çatdırıb ki, Krımın Rusiyanın tərkibinə keçməsi barədə qərarı bu diyarın vətəndaşları qəbul edib. Donbasa gəldikdə isə, Peskov deyib ki, orada baş verənlər Ukraynadaxili konflikt dir və Ukraynada vətəndaş müharibəsi adlandırılsa daha doğru olar.
Xatırladaq ki, dünən Rusiya prezidenti “Rusiya Federasiyasının Roma statuslu Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olmaması barədə” fərman imzalayıb. Peskov bu fərmanı ölkənin milli maraqlarına dayanan mövqe adlandırıb. Peskov onu da deyib ki, RF de-yure BCM-in yurisdiksiyası altında olmayıb: “Hazırkı situasiyada bu sıradan bir formallıqdır, çünki bilindiyi kimi, orada sənəd imzalanıb, lakin ratifikasiya olunmayıb”.