İsrail ordusu Livanın şərqindəki Bekaa Vadisindəki altı şəhər üçün təxliyə çağırışı edib və yeni hücumlarla bağlı xəbərdalıq edib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial mediada verdiyi açıqlamada Zellaya, Lebbaya, Yuhmur, Suhmur, Kilya və Dellafi şəhərlərinə hücumların başlaya biləcəyini bildirib.
Adraee sözügedən ərazilərdə yaşayan mülki şəxsləri evlərini tərk etməyə çağırıb, cənuba getməyin həyati təhlükə yaradacağını bildirib və sakinlərə Bekaa Vadisindəki Karun şəhərinə doğru getməyi məsləhət görüb.
İsrail ordusu əvvəllər də Livanın cənubunda yaşayanlara oxşar xəbərdarlıq edərək mülki şəxslərdən İsrail sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Zehrani çayının şimalına doğru hərəkət etmələrini istəyib.
Tahir TAĞIYEV