ABŞ və İsrailin İrana hücumlarının 31-ci günündə Negev səhrasındakı Udda hava bazasında bir işçinin İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi ortaya çıxib.
İsrail mətbuatı yazır ki, Ali Qabar adlı bir İsrail vətəndaşı İran kəşfiyyatı ilə Telegram vasitəsilə əlaqə saxlayıb.
N12 tərəfindən əldə edilən məlumata görə, Qabar Udda hava bazasındakı çıxış yollarını, kazarmaları və gizli obyektləri dəqiqəbədəqiqə lentə alıb və görüntüləri Tehrana göndərib.
İddia olunur ki, Qabar çəkilişlər qarşılığında qarşı tərəfdən PayPal və rəqəmsal cüzdanlar vasitəsilə cəmi bir neçə yüz dollar alıb.
Prokurorlar bildiriblər ki, 23 yaşlı Ali Qabar əlaqə saxladığı insanların iranlı olduğundan şübhələnməsinə baxmayaraq əməliyyatı davam etdirib.
Qabara qarşı İran kəşfiyyatı ilə əlaqə saxlamaq, bazanın şəkillərini paylaşmaq və bu fəaliyyətlər müqabilində yüzlərlə dollar almaq ittihamları ilə iş açılıb.
Tahir TAĞIYEV