ABŞ Müharibə Nazirliyinin (Pentaqon) İranda mülki əraziləri hədəf alan hücumda "sınaqdan keçirilməmiş raketlərdən" istifadə etdiyi iddia edilir.
ABŞ-ın İrana hücumda "sınaqdan keçirilməmiş" ABŞ istehsalı olan ballistik raketlərdən istifadə etdiyini bildirən"The New York Times" qəzeti, hücumların ilk günündə (28 fevral) Fars əyalətinin Lamerd rayonundakı hərbi obyektin yaxınlığındakı idman zalı və məktəbə edilən hücumda yeni hazırlanmış, "sınaqdan keçirilməmiş" ballistik raketdən istifadə edildiyini iddia edib.
Silah mütəxəssislərinin fikrincə, Lamerddəki iki hücumda istifadə edilən silahın xüsusiyyətləri, partlayışları və zərəri PrSM qısa mənzilli ballistik raketi ilə uyğun gəlir.
PrSM-in prototip sınaqlarının keçən il başa çatdığı bildirən xəbərdə həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) 1 mart hücumlarının ilk 24 saatında PrSM-in atılmasının videosunu paylaşdığı və bir ABŞ rəsmisinin Lamerd hücumunda istifadə edilən raketin PrSM olduğunu təsdiqlədiyi qeyd olunub.
Bildirilir ki, sözügedən raket yeni olduğundan, Lamerddəki PrSM hücumlarının qəsdən olub-olmadığını, dizayn və ya istehsal qüsurundan qaynaqlanıb-qaynaqlanmadığı, yoxsa yanlış hədəf seçiminin nəticəsi olub-olmadığını müəyyənləşdirmək daha çətindir.
Tahir TAĞIYEV