İrana qarşı "Epik Qəzəb" əməliyyatı Qərb ittifaqını faktiki olaraq parçalayıb. İranla müharibədə müttəfiqlərindən istədiyi dəstəyi ala bilməyən Tramp bu dəfə İspaniya gərginlik yaşayır.
Madrid hökuməti Rota və Moron hava bazalarının yanacaq doldurma və döyüş uçuşları üçün istifadəsini qadağan edib. Rəsmi Madrid bu qərarla faktiki olaraq Vaşinqtonun B-52 bombardmançı planlarını pozub. İspaniyanın qərarından sonra Pentaqon diqqətini Böyük Britaniyaya yönəltmək məcburiyyətində qalıb.
“El País” qəzetinin sızdırdığı məlumata görə, 28 fevral hücumlarından bir neçə həftə əvvəl İspaniya və ABŞ arasında gizli danışıqlar aparılıb.
Məlumata görə, Vaşinqton B-52 və B-1 bombardmançı təyyarələrini Moron hava bazasına yerləşdirmək istəyib. Lakin İspaniya Baş naziri Sançez təklifi müzakirə çıxarmadan belə rədd edib. Qərardan dərhal sonra Rota və Moronda yerləşən 15 tanker təyyarəsi bazaları tərk edərək Fransa və Almaniyaya köçürülüb.
İspaniyanın qərarı yalnız bazalarla məhdudlaşmır. Madrid hökuməti əməliyyatda iştirak edən heç bir təyyarənin İspaniya ərazisi üzərindən uçmasına icazə verməyəcəyini bildirib.
Buraya qonşu ölkələrdə yerləşdirilən tanker təyyarələri də daxildir. Beləliklə, İspaniya NATO və AB ilə əməkdaşlığı davam etdirsədə, İran müharibəsində "de-fakto neytrallıq" mövqeyini seçib. Lakin alternativ kimi ABŞ bombardmançı təyyarələri üçün Böyük Britaniyadakı Fairford Hava Bazasından istifadə etməyə başlayıb.
İspaniya hava məkanını bağlayıb bombardmançı təyyarələrə yanacaq verməyi dayandırsa da, coğrafi maneə ilə qarşılaşıb. Missuridən qalxan və 30 saatdan çox uçuş edən ABŞ təyyarələri Cəbəllütariq boğazından istifadə etməyə davam edir.
Boğaz "beynəlxalq tranzit yolu" hesab edildiyi üçün İspaniyanın hələ də bu ərazidə uçuşların qarşısını almaq səlahiyyəti yoxdur.
Madrid tərəfindən rədd edilən bombardmançı təyyarələr, Böyük Britaniya Baş naziri Keir Starmerin Trampın təzyiqinə baş əyməsindən sonra 9 martda Britaniya ərazisinə yerləşdirilib.
Tahir TAĞIYEV