İnqilab Keşikçiləri ABŞ-İsrail hücumunda Hərbi Dəniz Qüvvələri komandiri kontr-admiral Əli Rza Tengsirinin öldürüldüyünü təsdiqləyib.
İnqilab Keşikçiləri Korpusunun açıqlamasında deyilir: "Düşmənin mühüm obyektlərinin və infrastrukturunun məhv edilməsi və Amerika döyüş təyyarəsinin vurulması ilə nəticələnən ağır zərbələrdən sonra adaların və sahillərin müdafiə qalxanını gücləndirmək və qüvvələri təşkil etməkdə iştirak edən şəhid İnqilab Keşikçiləri admiralı Əli Rza Tengsiri ağır xəsarətlər nəticəsində vəfat edib”.
ABŞ və İsrail 26 martda İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandiri Tengsirinin öldürüldüyünü iddia etmişdilər.
Tahir TAĞIYEV