Cümə günü, 06 noyabr 2026
     

Avropa dövlətləri ABŞ bazalarını qitədən qovmağa hazırlaşır...

Image


Xaqani Cəfərli: "Almaniya qısa müddətdə hərbi gücə çevriləcək ki, bu da Aİ-nin simasını tamamilə dəyişəcək"

ABŞ qoşunlarının Avropadan çıxarılması ideyası son illər tez-tez siyasi müzakirələrdə səslənsə də, real perspektiv baxımından bu prosesin tam və sürətli şəkildə baş verməsi ehtimalı çox zəifdir. ABŞ-ın Avropadakı hərbi mövcudluğu onilliklərdir NATO təhlükəsizlik sisteminin əsas sütunlarından biridir və bu mövcudluq təkcə Avropanın deyil, elə ABŞ-ın öz strateji maraqlarına da xidmət edir.

Vaşinqton üçün Avropa bazaları Rusiyanın qarşısının alınması, NATO-nun kollektiv müdafiə mexanizminin işlək saxlanması, eləcə də Yaxın Şərq və Afrikaya operativ çıxış baxımından vacibdir. Xüsusilə Ukrayna müharibəsindən sonra ABŞ qoşunlarının Avropadan tam çıxarılması NATO-nun zəifləməsi və təhlükəsizlik boşluğu yaradacağı üçün həm Avropa paytaxtlarında, həm də ABŞ hərbi dairələrində ciddi narahatlıq doğurur.

Bununla belə, qoşunların müəyyən hissəsinin azaldılması və ya yerləşdirilmə formatının dəyişdirilməsi real ssenari kimi görünür. ABŞ artıq bəzi ölkələrdə rotasiya əsaslı qüvvələrə üstünlük verir, daimi bazalar əvəzinə çevik və müvəqqəti yerləşməni artırır. Bu, həm xərclərin azaldılması, həm də diqqətin getdikcə Çin və Hind-Sakit okean regionuna yönəldilməsi ilə bağlıdır.

Avropanın öz daxilində də ABŞ-dan asılılığın azaldılması və müstəqil müdafiə potensialının gücləndirilməsi barədə çağırışlar var. Ancaq hazırkı mərhələdə Avropa ölkələrinin əksəriyyəti ABŞ-ın hərbi çəkisini əvəzləyəcək səviyyədə imkanlara malik deyil. Buna görə də ABŞ qoşunlarının tam çıxarılması ideyası daha çox siyasi təzyiq aləti və ya daxili debat mövzusu kimi qalır.

Nəticə etibarilə, yaxın və orta müddətdə ABŞ qoşunlarının Avropadan tamamilə çıxarılması real görünmür. Ən mümkün gözlənti qoşun sayının məhdud şəkildə azaldılması, strukturun dəyişdirilməsi və Avropanın tədricən daha çox məsuliyyət götürməsidir. ABŞ-ın Avropadan birdəfəlik getməsi isə indiki geosiyasi şəraitdə daha çox nəzəri ehtimal olaraq qalır.

Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı baki-xeber.com nəşrinə bildirib ki, ABŞ-ın öz qoşunlarını Avropadan çıxarmağa hazırlaşması Avropa İttifaqını öz rolunu və missiyasını ciddi şəkildə yenidən nəzərdən keçirmək məcburiyyəti qarşısında qoyub: "Belə bir fikir var ki, Avropa İttifaqı bəşəriyyət tarixində ən uğurlu millətlərarası birlikdir, lakin sülh dövrü üçün yararlıdır. Amerika təhlükəsizlik çətiri altında və güclü NATO tərkibində Avropa İttifaqı ölkələri təhlükəsizlik məsələrinə ikinci dərəcəli məsələ kimi yanaşırdı. 2020-ci illərin əvvəllərində ən böyük Aİ-yə üzv dövlətlərin müdafiə xərcləri tarixi minimum səviyyəsinə düşmüşdü. Balkan müharibələri, Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu, 2014-cü ildə Krımı işğalı belə Aİ-ni sirkləmədi. Görünür, Böyük Britaniyanın Aİ-dən çıxmasının əsas səbəbi bu olub. Böyük Britaniya Aİ kimi iqtisadi nəhəng, ancaq siyasi və hərbi cırtdan olmaq istəməyib.

Lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsi Avropa İttifaqını öz baxışlarını yenidən nəzərdən keçirməyə məcbur etməyə başladı. Donald Trampın siyasəti isə bu prosesi tətikləyir.

Qlobal Ümum Daxili Məhsulun 15 faizini, qlobal ticarətin 14 faizini təşkil edən Avropanın siyasi və hərbi gücə çevrilməsi çətin olmayacaq. Hətta bu prosesin başlandığını da söyləmək olar.

ABŞ-ın öz qoşunlarını Avropadan çıxarması isə gec-tez baş verəcək. Əslində bu siyasətin əsası hələ Barak Obama iqtidarı zamanı, 2011-ci ildə qoyulub. Dünya iqtisadiyyatının və siyasətnin ağırlıq mərkəzi Avropadan Sakit okean-Hind okeanı hövzəsinə keçir. ABŞ da bu bölgəyə yönəlmək məcburiyyətidədir. Belə bir vəziyyətdə Avropa İttifaqının öz gələcəyi haqqında düşünməsi, iqtisadi güclə yanaşı siyasi və hərbi gücə çevrilməsi zamanın tələbinə çevrilir. Qənaətimcə bu çətin olmayacaq. Hətta Aİ-nin əksər üzvlərinin iştirakı olmadan belə, Almaniya, Fransa və İsveç kimi ölkələrin fəaliyyəti ilə bunu təmin etmək mümkündür. Proses də bu istiqamətə gedir. Almaniya qısa müddətdə hərbi gücə çevriləcək ki, bu da Aİ-nin simasını tamamilə dəyişəcək".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ