Cümə günü, 03 aprel 2026
     

ABŞ və Rusiyanın 6 il əvvəl Venesuela ilə bağlı şok razılaşmaları üzə çıxdı

Image


ABŞ-ın Venesuelada Nikolas Maduronu ələ keçirməsinin Kreml üçün əsas nəticəsi belədir – bu, Rusiyanın regionda nüfuzuna, prezident Vladimir Putinin qüruruna zərbədir. Mayda Rusiya prezidenti ilə strateji tərəfdaşlıq paktı imzalamış müttəfiq indi Nyu-Yorkda həbsxanadadır.

Bir il öncə isə Suriya lideri Bəşər əl-Əsəd devrildi. Putinin dünyada Moskvanın mövqeyini bərpa etmək səyləri daha bir zərbə yedi. Daha bir məqam odur ki, ABŞ-ın Venesuela reydi cəmi bir neçə saat çəkdi. Rusiya isə dörd ilə yaxındır Ukraynada təcavüzkar müharibə aparır, əsas hədəflərindən biri də ölkənin liderini hakimiyyətdən uzaqlaşdırmaqdır. “Radio Free Europe”in eksperti Stiv Qatterman yazır ki, Moskva istəsəydi belə, Maduronun mühafizəsi real görünmürdü. Venesuelanın Rusiya üçün əhəmiyyəti də azalmışdı. Sanksiyalar, digər faktorlar neft hasilatını salmışdı, Rusiyanın isə həmin sektorda payı böyükdür. Karakas əməliyyatının Rusiya üçün müsbət məqamları da var. Moskva bu əməliyyata istinad edərək deyə bilər ki, Vaşinqton digər ölkələri öz iradəsinə tabe etdirmək istəyir, beynəlxalq hüquqa sayqısız yanaşır. Moskvanın Ukraynadakı müharibəsinə baxmayaraq, inandırıcı arqumentdir.
Rusiyanın Xarici İşlər Nazirliyi Venesuelaya silahlı təcavüzdən ciddi narahatlığını bildirib, Vaşinqtonu Maduronu və xanımını buraxmağa çağırıb.
Təhlilçilərin fikrincə, ABŞ prezidenti Donald Trampın Qərb yarımkürəsinə fokuslanması Moskvanın əl-qolunu açacaq, nüfuz dairəsi saydığı yerlərdə, xüsusilə Ukraynada istədiyini edəcək. London Universitet Kollecinin Slavyan və Şərqi Avropa Araşdırmaları Məktəbinin fəxri professoru Mark Qaleotti bildirib: “Vladimir Putinin Ukrayna ilə bağlı qərarlarından asılı olmayaraq, yalnız beynəlxalq hüquqa dayanaraq bəzi addımları qınamaq getdikcə çətinləşir. ABŞ əməliyyatının beynəlxalq hüququ pozması haqda geniş yayılmış təsəvvür Rusiyanın ümumi narrativi üçün pis hal deyil. Axı Putinin baxışı əsasən belədir ki, böyük dövlətlər belə davranır, böyük dövlətlərin təsir dairələri olur. Əgər Amerikaya Latın Amerikasında öz təsir dairəsinə malik olmağa icazə veririksə, çıxan nəticə belədir ki, bizim də slavyan təsir dairəmizin olmasına icazə verilməlidir”. Rusiya hələ 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamazdan xeyli öncə belə bir qarşılıqlı güzəşt axtarırdı, bunun sübutları var. Vaxtilə ABŞ-nin dəstəklədiyi müxalifət lideri Maduronu devirməyə çalışanda Rusiya onu qoruyurdu. 2017- 2019-cu illərdə Trampın Milli Təhlükəsizlik Şurasında Rusiya və Avropa üzrə baş məsləhətçi olmuş Fiona Hill 2019-cu ilin oktyabrında Konqres komitəsində deyirdi: “Rusiyalılar Venesuela ilə Ukrayna arasında çox qəribə bir mübadilə razılaşması istədiklərini çox açıq deyirdilər. Rusiya mesajlarının məğzi belə idi. Bizi öz həyətinizdən çıxarmaq istəyirsiniz. Yaxşı, bilirsiniz ki, bizim də bununla bağlı öz versiyamız var. Siz də Ukraynada bizim həyətimizdəsiniz”. Maduronun tutulmasına Rusiyanın nisbətən səssiz reaksiyası göstərir ki, Rusiyanın Ukraynanı fəth etmək arzusu onun xarici siyasətini necə diktə edir. Nüvə Silahlarının Yayılmaması üzrə Ceyms Martin adına Araşdırmalar Mərkəzindən Hanna Notte bildirir: “Putin ABŞ-ın keçmiş prezidenti Co Baydenlə əməkdaşlığa getmədi ki, onu Ukraynanı tərk etməyə məcbur etsin. Son bir ildə isə Trampla əlaqələri yaxşı saxlayır ki, onu Ukraynaya qarşı Rusiyanın tərəfinə çəksin”. Stiv Qatterman Maduronun həbsindən sonra ABŞ-ın Ukraynaya dair mövqeyində hələlik böyük dəyişiklik olmadığını yazır. Karakas əməliyyatından bir neçə saat sonra Tramp deyib ki, Putin xeyli adam öldürür. O, Ukraynanın Putinin iqamətgahını hədəfə almasına dair Kremlin versiyasına inanmadığını da söyləyib. Diqqətin Venesuelaya və qərb yarımkürəsinə yönəlməsi ABŞ-ın diqqətinin yayınması anlamına gəlirmi? Bu sualı Qaleotti verib və cavabı da belə olub: “Əlbəttə, Venesuelanı idarə edəcəyi iddiasının necə gerçəkləşəcəyinə dair suallar yarana bilər. Digər yandan, bir supergüc eyni anda həm yeriyə, həm də saqqız çeynəyə bilər. Məncə, bu, Ukrayna ilə bağlı proseslərə xüsusi bir təsir göstərməyəcək”. London Kral Kollecinin Rusiya institutunun professoru Sem Qrin bildirib ki, Kreml böyük güclər arasında geniş anlaşma, Ukrayna məsələsində sərbəstlik gözləyirsə, məyus olacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

SON XƏBƏRLƏR

03.04.2026 / 08:01
Dövlət Duması Moldovanın MDB-dən çıxmasını intihar adlandırdı

03.04.2026 / 07:44
Avstraliya Xüsusi Təyinatlılarını Yaxın Şərqə yerləşdirir - Telegraph

03.04.2026 / 07:32
ABŞ İrana hücumlarda bir illik JASSM raket tədarükünü xərcləyib…

03.04.2026 / 07:14
ABŞ-ın Aya göndərdiyi kosmik gəmidə tualet problemi yaranıb

03.04.2026 / 06:49
Tramp ABŞ Baş prokurorunu işdən çıxardı - Epşteyn işi…

02.04.2026 / 23:26
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər: Şamaxı soyqırımı (Mart-aprel 1918-ci il)

02.04.2026 / 22:10
Mənim yadkən doğma anam

02.04.2026 / 20:57
Paşinyan Putinin sirrini açdı - “siz bunu mənə həm də şəxsən demişdiniz”...

02.04.2026 / 20:45
Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu

02.04.2026 / 19:15
Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...

02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

02.04.2026 / 18:28
İnklüziv inkişafda özəl sektorun rolu - Elnar Musayev yazır

02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu - Zaxarova nəyi nəzərdə tutdu...

02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi

02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...

02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq” - Paşinyan Putini həssas yerlərdən vurdu...

02.04.2026 / 16:40
Biləsuvarın Çaylı kəndində doğuldu, Qarabağımızda Zəfər tarixini yazanlardan oldu – Amid Əliyev

02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu

02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj - "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."

02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib

02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...

02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur - Dövlət Agentliyindən açıqlama...

02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...

02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə - polis araşdırmaya başladı- FOTO

02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi - "biz bu hərəkatı davam etdirməyəcəyik"...

02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir" - Prezident

02.04.2026 / 14:07
Prezident İlham Əliyev: "Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir"

02.04.2026 / 14:03
Sabiq prezident Sarkisyanın partiyası 7 iyun seçkisindən imtina etdi - Kreml taktika dəyişir?...

02.04.2026 / 14:01
"Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq" - Prezident

02.04.2026 / 13:57
Prezident: "Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir"

02.04.2026 / 13:55
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - Prezident

02.04.2026 / 13:52
TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edildi

02.04.2026 / 13:33
Yeni nazirlik İcbari Tibbi Sığortada nələri dəyişməlidir?..

02.04.2026 / 13:21
Tramp İranla bağlı aprelin 6-nı gözləməyəcək...

02.04.2026 / 13:18
Paşinyandan Putinə “tərs sillə”...

02.04.2026 / 12:58
Müharibə başlayandan Türkiyənin 60 ton qızılı hara yox oldu?..

02.04.2026 / 12:34
Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur

02.04.2026 / 12:22
İranda müharibənin miqyası genişlənir, BƏƏ Hörmüz boğazına görə savaşa daxil olur...

02.04.2026 / 12:16
Putinlə Paşinyan Kremldə “atışdı”, iki ölkənin ziddiyyətləri daha da dərinləşdi...

02.04.2026 / 12:03
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO

02.04.2026 / 11:57
Növbəti köç karvanı Kəlbəcərə yola salındı

02.04.2026 / 11:43
Əli Əsədov TDT hökumət başçılarının görüşündə Zəngəzur dəhlizinin əhəmyyətindən danışdı...

02.04.2026 / 11:27
Bakıda TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərnin görüşü keçirilib - YENİLƏNDİ

02.04.2026 / 11:16
İlham Əliyev TDT üçün yeni strateji hədəfi göstərdi - "bunu birlikdə etməliyik..." - FOTO/YENİLƏNDİ

02.04.2026 / 11:04
Tramp indi də “göylə əlləşməyə” qərar verdi...

02.04.2026 / 10:57
Mərkəzi Bank inflyasiya gözləntilərini açıqladı...

02.04.2026 / 10:23
Azərbaycanın da iştirak etdiyi böyük enerji platforması qurulur

02.04.2026 / 08:29
İsrailin Xəzərdə ticarətə yaratdığı təhdidlər qəbuledilməzdir - Rusiya XİN

02.04.2026 / 08:14
Trampın NATO ilə bağlı şikayətləri bloku zəiflətmək planının bir hissəsi ola bilər - Kaja Kallas

02.04.2026 / 07:56
“İranı yaxın həftələrdə "Daş dövrü"nə - layiq olduğu yerə qaytaracağıq” - Tramp

02.04.2026 / 07:37
ABŞ İsfahanı müvəqqəti işğal altında saxlayacaq - zənginləşdirilmiş uranı çıxarmaq üçün…

02.04.2026 / 07:20
İranın sabiq XİN rəhbərinin evi bombalandı

02.04.2026 / 00:23
Bu gün aprel zəfərindən 10 il ötür

02.04.2026 / 00:13
İsrail Hizbullah Cənub cəbhəsinin komandirini öldürdü

01.04.2026 / 23:44
Turizmin Cənnəti Türkiyə: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Şəhərlər…

01.04.2026 / 23:31
AB Kiyevə dondurulmuş Rusiya aktivlərindən 1,4 milyard avro verəcək

01.04.2026 / 23:19
Abşeron nahiyəsinin Xəzər dənizi sahilləri... XX əsrin əvvəlləri... Qanlı sənələr

01.04.2026 / 21:39
Ağ Ev İran müharibəsinin xərcini körfəz ölkələrindən tələb etdi...

01.04.2026 / 21:16
Lavrov 3-cü dünya müharibəsini rəsmən bəyan etdi...

01.04.2026 / 20:43
Trampın “İranı məhv etmişik” yalanlarının konkret hədəfi var...

01.04.2026 / 20:17
Rusiya Ukraynanın Luqansk bölgəsini tam ələ keçirdi…

01.04.2026 / 19:57
İran ABŞ-la bağlı Bolqarıstana nota verdi - Hava limanlarınızı onlara açmayın...

01.04.2026 / 19:38
Azərbaycanda hüquq-mühafizə orqanlarının adı ilə minlərlə vətəndaşı aldatmağa cəhd edildi

01.04.2026 / 19:25
"Prezident İlham Əliyev və Paşinyanın səyləri ilə Azərbaycan-Ermənistan münasibətləri sabitləşib" - Putin

01.04.2026 / 19:07
Əvvəlki illərdə ÜDM artımı 7 faizə yaxın idi, indi isə...

01.04.2026 / 18:42
Əli Əsədov TDT-nin baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib

01.04.2026 / 18:30
Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi

01.04.2026 / 18:16
Amerikada Tramp əleyhinə etiraz hərəkatı geniş vüsət alır

01.04.2026 / 18:04
Husilər neft qiymətlərinin daha sürətlə bahalaşmasını tətikləməyə başladılar

01.04.2026 / 18:00
İranın ballistik raketləri Tramp üçün daha ciddi problemə çevrilir

01.04.2026 / 17:55
"Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı idi" - Vüqar Rəhimzadə

01.04.2026 / 17:46
SOMDA-da 31 Mart Sоyqırımı Günü ilə əlaqədar anım tədbirləri kеçirildi - FOTO

01.04.2026 / 17:11
Rusiyada ətlə bağlı böyük təhdid yaranıb…

01.04.2026 / 17:09
İran müharibəsi NATO-nu parçalayır - ABŞ NATO-dan çıxa bilər...

01.04.2026 / 16:27
Körfəz ölkələrindəki 2800 "Patriot" raketinin 2400-nü İran məhv edib?..

01.04.2026 / 16:11
Nazir Vilayət Eyvazov Cəlilabadda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

01.04.2026 / 15:57
Azərbaycan İran müharibəsinə xeyli önləyən kurs müəyyənləşdirdi...

Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

XƏBƏR ARXİVİ