Moldovanın şimalında Nijnie Kuqureşti kəndində evin damına düşmüş pilotsuz uçuş aparatı aşkar ediblər. Moldova mediası yazır ki, xüsusi xidmət orqanları hadisə yerində işləyirlər və ərazi mühasirəyə alınıb.
Bundan bir gün əvvəl gecə Rusiya hərbi qüvvələri Ukraynaya raketlər və dronlarla kombinə edilmiş hücum təşkil ediblər.
Moldovanın Müdafiə Nazirliyinin məlumatına əsasən, altı dron Moldovanın hava məkanını pozub. Moldovanın Müdafiə Nazirliyi bəyan edib ki, birinci “Shahed” dronu Vinoqradovtsa-Vulkanesti istiqamətində təxminən 1500 metr yüksəklikdə uçub, bundan sonra da Kahul rayonunda Rumıniya sərhədini keçib. Bundan sonra Moldova Milli Ordusunun müşahidə sistemləri daha beş dronu aşkar ediblər. Onlardan biri Nijnie Kuqureşti kəndində düşüb.