ABŞ Prezidenti Donald Tramp tərəfindən Ukrayna-Rusiya münaqişəsinin həllini nəzərdə tutan 28 bəndlik sülh planı həttda onun öz seçiciləri arasında belə dəstəklənmir. Vandenberg Koalisiyasının keçirdiyi sorğuya əsasən, Tramp seçiciləri arasında yalnız 16% Rusiyanın Ukraynanın sülh naminə daha çox ərazi güzəştlərinə getməli olduğu mövqeyini dəstəkləyir. "European Pravda" qəzetinin məlumatına görə, respondentlərin 46%-i Ukraynanın bu məsələdəki mövqeyini dəstəkləyir, 39%-i isə bitərəf və ya qərarsızdır.Tramp seçicilərinin əksəriyyəti Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqlarının aparılmamasında Vladimir Putini günahkar hesab edirlər.
Mətləb Salahov